08.09.2024

Goranboyda şəhidin Anım mərasimi keçirilib

Goranboy rayonunda müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsinin qəhrəman kəşfiyyatçı şəhidi Kamran Bayram oğlu Əsgərovun Anım mərasimi keçirilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.

Şəhidin məzarı ziyarət olunub və məzarı üzərinə güllər qoyulub.

Şəhidlərin ruhlarına dualar oxunub.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: