27.07.2024

Xocavənddə şəhidin Anım mərasimi keçirilib

Xocavənd rayonunda müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında rayonun 2004-cü ildə hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuş Elman Kərim oğlu Cəfərovun Anım mərasimi keçirilib.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov məlumat verib.

Hamlet Gülməmmədov bildirib ki, təmsil etdiyi Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) şəhidlərimizi daim yad edir və onları unutdurmamağı öz vəzifəsi hesab edir. Şəhidlərimizi unutmağa haqqımız yoxdur. Bu torpaqlar üzərində sakit yaşayaq deyə öz həyatlarını qurban verənləri unutmaq olmaz.

Şəhidin məzarı ziyarət olunub, güllər qoyulub və ruhuna dualar oxunub.

Mərasimdə müharibə veteranları, şəhid ailələri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edibıər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: