27.07.2024

Rusiya İrandan daha güclü PUA-lar sifariş edib

“Rusiya İrandan yeni “Arash-2” PUA-ları sifariş edib”.

Bu barədə Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin özünün “Telegram” kanalında məlumat verib.

Mütəxəssis İran mənbələrinə istinad edib. Onun sözlərinə görə, yeni PUA-ların döyüş başlığı İranın “Geran-2” dronlarının lokallaşdırılmış versiyasından xeyli böyükdür.

“İranın əslində çox sayda kəşfiyyat, zərbə, kamikadze tipli müxtəlif maraqlı PUA-ları var. Onların bir çoxu müxtəlif döyüş əməliyyatlarında sınaqdan keçirilib”, — deyə Rojin qeyd edib.

Mənbə: Oxu.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: