28.05.2024

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub:

«Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: