08.09.2024

Ukrayna ordusunu atəşə tutan S-300-lər məhv edildi

Ukrayna ordusu işğal olunmuş ərazilərdə Rusiya ordusunun mövqelərinə zərbələr endirib.

Иu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində Rusiyaya məxsus bir neçə S-300 raket sistemi məhv edilib.

Açıqlamaya görə, Rusiya ordusu həmin S-300 raketləri ilə Nikolayev vilayətini atəşə tuturdu. Həmçinin, rusların komanda məntəqələri sıradan çıxarılıb. Nazirlikdən bildirilib ki, Ukrayna ordusu irəliləyir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: