27.07.2024

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ: TİBB XİDMƏTİ MAYORU PƏRVİZ SEYİDGULOV — 57

  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi tibb xidməti mayoru Seyidgulov Pərviz Seyidbaba oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Pərviz həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin .

   Tibb xidməti mayoru Seyidgulov Pərviz Seyidbaba oğlu 1965-ci ilin avqust ayının 28 də Quba rayonunun Paşaoba kəndində anadan olub.

    Pərviz Seyidgulov 1972 -ci ildə Quba rayonun Paşaoba kənd orta məktəbəinin birinci sinifə getmiş, 1983-cü ildə həmin məktəbi bitirib.

   O,1983- 1985 -ci illərdə SSRİ Müdafiə Nazirliyinin Zabaykal hərbi dairəsinin Monqolustanda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub .

Tibb Xidməti mayoru  Seyidgulov Pərviz Seyidbaba oğlu 1987 -ci ildə Azərbaycan Dövlət TİBB Ünverstetinə daxil olmuş, 1994- cü ildə həmin Universiteti , 2013-cü ildə isə Türkiyə Cümhuriyyətinin Gülhanə Akademik kursunu bitrib.

    Pərviz Seyidbaba  1993- cü ilin mart ayinin sonundan 2015- ci  ilin son ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Füzuli, Xəzər və Quba rayonlarında yerləşən hərbi hissələrdə tibb  xidmət rəisinin köməkçisi və  tibb xidmət rəisi vəzifələrində,Vətənə  Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir.

Müharibə Veteranı Pərviz Seydgulov Peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidməti yolununun 23 ilini hərbi xidmətdə kecirib,  altı ilini   isə Quba rayon tıbb kollecində baş müəllim vəzifəsində keçirir.

    Pərviz Seyidgulov Daxili Qoşunların Baş idarəsinin Füzuli, Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində xidmət etdiyi illər ərzində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

   Pərviz Seyidgulov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin hərbi hissələrinde tibb xidməti rəisi vəzifəsində xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın (həkim andın) hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq vaxtında yerinə yetirməkdə tabeliyindəkilər və bütün şəxsi heyət ücün nümunə olmuşdur.

   Tibb Xidməti mayoru Seyidgulov Pərviz Seyidbaba oğlu hərbi hissənin tədris dövru üçün döyüş və ictimai sıyası hazırlığ plana əsasən öz ixtisası üzrə Zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla əsgər və cavuşlarla, tibb xidməti üzrə kiçik mütəxəssislərlə, keçirilən məşgələlərin, metodiki təlim toplanışlarının keyfiyyətilə keçirilməsinə,tibb xidməti üzrə hərbi hissədə marifi işlərin aparılmasına, hərbi hissədə yekun və məqsədli yoxlamalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

   O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizdə, ictimai təhlükəsizliyin təmin edilməsində, islah- əmək müəssisələrində kecirlən tədbirlər zamanı qarşıya qoyulan vəzifələrin icrası zamanı eləcə də Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlar vaxtı tibb xidmətin rəisi kimi xidmətdə fəriqləndiyinə görə o, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, xidmət etdiyi hərbi hissənin komandirinin  müvafıq əmrləri ilə bir sıra medallarla, (Silahlı qüvvələrin yaranmasının 10,90 və 95 illiyi medalları ilə, Qüsursuz xinmətlərə görə 1, 2 və 3 cü dərəcəlu medallarla), döş və yubiley nisanları ilə təltif edilib, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

AD GÜNÜN MÜBARƏK OLSUN!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, PƏRVİZ HƏKİM!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA! 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədr müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: