15.10.2024

Veteranlara verilən 80 manat müavinət artırılacaq? — Açıqlama

Müharibədən sonra onlara 80 manat məbləğində müavinət təyin olunub. Ancaq qazilərimizin çoxu əmək qabiliyyətli deyillər. Bahalaşma isə bu təbəqədən olan insanlarının güzəranına ciddi təsir göstərir.
 
Bəs növbəti aylarda müharibə veteranlarının müavinətləri artırıla bilərmi?
 
Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov açıqlama verib.
 
Millət vəkili bildirib ki, hökumət qarşıdakı aylarda aztəminatlı, həssas qruplara daxil olan insanların qayğılarının qarşılanması ilə bağlı müsbət addımlar atacaq:
 
“Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır. Eyni zamanda dövlətin həyata keçirdiyi siyasət sosial yönümlüdür. Sosial tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi, digər tərəfdən, dövlət büdcəsində sosial tədbirlərə 40%-ə qədər vəsaitin ayrılması sosial siyasətin bariz nümunəsidir. Ölkədə ərzaq inflyasiyası var və bu, digər istiqamətlərə də öz təsirini göstərir. Bu da idxal olunan qiymət artımının təzahürüdür. Dövlət birinci növbədə sosial həssas təbəqənin büdcəsinin formalaşdırılması və mövcud proseslərdə ciddi ziyan çəkməməsi üçün çalışır. Bununla əlaqədar sosial təbəqənin maaşlarının artırılması ilə mövcud inflyasiya tempinin uzlaşdırılması prosesi həyata keçiriləcək. Pandemiya dövründə dövlətin böyük sosial paketlə çıxış etdiyini görmüşük. Hesab edirəm ki, indiki qiymət artımı və inflyasiya prosesində də hökumət vətəndaşını tək qoymayacaq”.

Mənbə: Bakupost

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: