27.07.2024

AVMVİB 28 yaşını qeyd etdi…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bakı, Abşeron və Sumqayıt üzrə şəhər və rayon şöbələri AVMVİB-nin 28 illiyi ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etdilər.

Ziyarət öncəsi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev çıxış edərək AVMVİB-nin keçdiyi şərəfli yollar barədə məlumat verdi. Birliyimiz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı altında aparılan əməliyyatlarda öz dəstəyini və verdiyi vədlərin təkcə gəlişi gözəl söz olmadığını sübuta yetirdi. Biz bu Vətən savaşına öncə özümüz, bu dəfə isə övladlarımızla qoşulduq.

Əbəs deməyiblər ki, «Qurddan qurd törəyər». Bütün üzvlərimizi bu gün münasibətiylə bir daha təbrik edirəm. Bu gün bizim günümüz. Şəhid qardaşlarımızın qarşısına alnıaçıq çıxmamızı təmin etmiş Şanlı Azərbaycan Ordusuna və onun Ali Baş Komandanına eşq olsun!

Это изображение имеет пустой атрибут alt; его имя файла - 300822529_188960913545954_4227902008199211838_n.jpg

Bir təsadüf isə ölkəmizin Birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın da ad günüdür. Döyüşçüləri öz qardaşı hesab edən bacımızı da fürsətdən istifadə edərək təbrik edirəm.

İndicə daha bir sevindirici xəbər aldım. Artıq Qalib Ordumuz Laçın şəhərini tam nəzarətə götürdü. Bundan böyük hədiyyə olarmı! Tanrı əsgər və zabitlərimizi qorusun!

Daha sonra şəhid məzarlarının ruhuna dua oxundu və ziyarət edildi!

Allah şəhidlərimizə rəhmət eləsin və bu yurdun keçiyində durmuş veteranlarımızı qorusun!

Fotolar: Orxan Hüseynzadənindir.

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: