ABŞ-ın Qafqaz üzrə elçisi nə iş görəcək? — Blinken bəyanat yaydı
Səfir Filip Riker ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi təyin olunub. Onun Cənubi Qafqazda münaqişələrin həllində Vaşinqtonun işini dəstəkləyəcəyi bildirilir.
Səfir Riker daha öncə ABŞ-ın Böyük Britaniyadakı səfirliyində çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustunadək Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.
Bəyanatda bildirilib ki, Birləşmiş Ştatlar «Qarabağ münaqişəsinin» uzunmüddətli siyasi həllində Ermənistanla Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir : «Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda işləyəcək, ATƏT-in Minsk qrupunun (artıq mövcud olmayan-red,) həmsədri olaraq Ermənistanla Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək. Səfir Rikerin indiki məqamda təyinatı ABŞ-ın Gürcüstanla bağlı Beynəlxalq Cenevrə Müzakirələrinə verdiyi əhəmiyyəti bir daha sübut edir”.
Filip Riker ötən ilin iyununda dövlət katibinin köməkçisi vəzifəsində Bakıya səfər edəndən sonra diversant kimi həbs edilən 15 erməni məhbus İrəvana təhvil verilib.