Rus diplomat Rumıniyadan QOVULDU
Rumıniya Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşını persona non-qrata elan edərək ölkədən qovub.
Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərar qəbul edilməsinə səbəb kimi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əməl edilməməsi göstərilir.
Bundan əvvəl Rumıniya 10 rus diplomatını ölkədən çıxarıb.
Rusiyalı diplomatın konvensiyanın hansı maddəsini pozduğu və digər detallar açıqlanmır.