21.11.2024

SEPAH-ın Tehrandakı kazarmasında partlayış olub

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Tehranda yerləşən və dörd əsas təhlükəsizlik bölməsindən biri olan “İmam Hadi” kazarmasında partlayış olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı müxalif Xalq Mücahidləri Təşkilatına istinadla xəbər verib.

Bildirilir ki, avqustun 16-sı yerli vaxtla axşam saat 21:00 radələrində bölməyə hücum həyata keçirilib, bundan sonra partlayış baş verib.

Təşkilatdan bunun sözügedən kazarmanın hərbçilərinin dinc etirazçılara qarşı qəddar davranışlarına cavab olduğu vurğulanıb.

Qeyd edək ki, hücum məlumatı barədə İİR rəsmiləri və dövlət mediası hər hansı açıqlama verməyiblər, hadisəni təsdiq və ya təkzib etməyiblər.

P.S. Dəfələrlə Azərbaycanı hədələmiş SEPAH heç öz kazarmasını belə qoruya bilmədiyi ortadadır…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: