AVMVİB Lənkəran rayon şöbəsi üzvləri xatirə gecəsində iştirak ediblər
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvləri Lənkəran şəhər Mərkəzi Kitabxanasında Şəhidimiz Qulamzadə Afərin Müqəddəs oğlunun xatirə gecəsində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev sosial şəbəkədə məlumat yayıb.
Saleh Dostiyev bildirib ki, 44 günlük Vətən müharibəsi günlərində qazandığımız Qələbədə şəhidimiz Afərin Qulamzadənin qəhrəmanlığından söhbət açdıq. Tədbirdə şəhidimiz atası Müqəddəs ata ilə söhbət etdik və Allahdan bütün şəhid atalarına səbr dilədik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, Qazi və Veteranlarımıza Allahdan şəfa diləyirik.
Şəhidlər Ölməz, Əbədi Yaşardır!
N. Məmmədli