21.11.2024

Ermənistanda 62 yaşlı kişi dövlət binalarını partladacağı ilə hədələyib

Ermənistanın Gümrü rayonunda, Dövlət Gəlirləri Komitəsinin (vergi xidməti) yerli şöbəsində bomba ilə bağlı saxta həyəcan siqnalı verilməsi faktı üzrə cinayət işi açılıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlum olub ki, naməlum şəxs avqustun 15-də və dünən müxtəlif saatlarda polisə zəng edərək özünü Gevorq Sarkisyan kimi təqdim edib. O, parlamenti, Dövlət Gəlirləri Komitəsinin Gümrüdəki şöbəsini və digər inzibati binaları partlatmaq niyyətində olduğunu bildirib. Onun məlumatları yoxlanılıb, lakin təsdiqlənməyib.

Polis həmin şəxsi yaxalaya bilib. Onun Gümrünün 62 yaşlı sakini olduğu məlum olub. Cinayətkar saxlanılıb.

Hücum barədə yalan məlumat vermə maddəsi ilə ilkin istintaq davam edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: