Kremlin Ukraynaya qarşı yeni müharibə ssenarisi
«Rusiya Federasiyası Ukraynaya qarşı yeni müharibə ssenarisi hazırlayır. Kreml “referendumlar” keçirməyə tələsir və ən qısa zamanda ərazilərimizin “birləşdirildiyini” elan etmək istəyir. Bunun fonunda təxliyə təkcə Donetsk vilayətinin sakinləri üçün həyata keçirilə bilməz».
Bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər üzrə nazirinin keçmiş müavini Georgi Tuka məlumat verib.
Onun fikrincə, Donetsk vilayətindən evakuasiya təkcə ona görə baş vermir ki, orada istilik olmayacaq. Onun sözlərinə görə bu, həm də təhlükəsizlik məsələsidir. Tuka xatırladıb ki, sovet dövründə məcburi evakuasiya zamanı heç kim insanlardan getmək istəyib-istəmədiyini soruşmayıb. Hazırda bu cür hərəkətlər qanunla nəzərdə tutulmayıb.
Tuka hesab edir ki, Rusiya Federasiyasının Ukraynanın işğal olunmuş ərazilərində keçirmək istədiyi qondarma “referendumlar” çox tezliklə baş tuta bilər, onlar sentyabrın 11-nə (Rusiya Federasiyasında vahid səsvermə günü) təyin oluna bilər.
Mənbə: Publika.az