NATO Kosovoda sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırdır
NATO Kosovoda sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırdır.
Bu barədə alyansın bəyanatında deyilir.
«Kosovonun şimal bələdiyyələrində ümumi təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır. NATO-nun rəhbərlik etdiyi KFOR missiyası vəziyyəti diqqətlə izləyir və sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırdır» , — missiyanın bəyanatında deyilir.
Xatırladaq ki , Kosovonun şimal hissəsində regionun hakimiyyət orqanlarının Serb avtomobil nömrələrini və sənədlərini yenidən qeydiyyata almaq istəyi fonunda etirazlar başlayıb.
Serbiya prezidenti Aleksandr Vuçiç qeyd edib ki, rəhbərlik regionun şimalında əməliyyat keçirməyi planlaşdırır. Bundan əlavə, o, Belqradın gərginliyi diplomatiya yolu ilə həll etmək istədiyini bəyan edib.
Həmçinin, Serbiya və Kosovo sərhədində hava hücumu sirenlərinin işə düşdüyü bildirilib . Hadisə şahidlərinin sözlərinə görə, Kosovoda Brnjak keçid məntəqəsi artıq bağlanıb və yerli əhali qrup halında toplaşır.
Daha sonra Kosovonun baş naziri Albin Kurti ölkənin şimalındakı vəziyyət fonunda videomüraciət edib. O , Vuçiçi regionun şimalında təxribat törətməkdə ittiham edib.
Mənbə: Publika.az