30.04.2024

Oğullarını döyüşə yollamış ananın Anım günüdür

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədovun anası Ağca Oruc qızı Gülməmmədovanın Anım günüdür.

Bu barədə oğlu məlumat verib. Ağca Gülməmmədova bu gün də düşmən tapdağında olan Xocavənd rayonu Kurapatkino kəndindən idi. Bu ananın tərbiyəsiylə böyüyən 4 oğlu cəbhəyə yollanıb və bu gün ikisi müharibə əlili, ikisi isə müharibə veteranıdır.

Rəhmətlə anır və məkanı cənnət olsun deyirik!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: