18.10.2024

Armen Aşotyan: “Paşinyan Sarkisyan və Robert Köçəryanla razılaşıb”

Ermənistanın sabiq təhsil naziri, “Respublikaçı”lar partiyasının sədr müavini Armen Aşotyan sensasion açıqlama verib.

Alp.az erməni mediasına istinadən xəbər verir ki, sabiq nazir Ermənistanın baş naziri Nikol Paşinyanın sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla Qarabağ məsələsində razılığa gəldiyini iddia edib.

“Qarabağda İrəvanın təsiri artıq yoxdur. Çünki burada artıq rus küləyi əsir. Mənim bildiyim qədər Robert Köçəryan və Serj Sarkisyan gizli olaraq Nikol Paşinyanla görüşüb. Bu görüşdə razılıq əldə edilib. Nikol Paşinyan xalqı aldadır. Həmçinin  Robert Köçəryan və Serj Sarkisyan da gizli siyasət həyata keçirirlər. Əgər onlar bunu açıqlamasa mən təmsil etdiyim partiyadan istefa verəcəm”- deyə Armen Aşotyan bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: