01.07.2025

Müxalifət Paşinyanı devirmək istəyir? – Erməni deputatdan açıqlama

Müxalifətçilər parlamentin işini iflic etməklə onun əhəmiyyətini azaltmağa çalışır.

Bu barədə hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdəki fraksiya rəhbəri Ayk Koncoryan açıqlama verib.

O bildirib ki, parlament müxalifətinin Qarabağa səfəri və parlamentin iclasında iştirak etməməsi təxribatdır.

Koncoryan müxalifəti Qarabağ və təhlükəsizlik məsələlərindən istifadə edərək dövlət çevrilişinə cəhddə ittiham edib.

Qeyd edək ki, “Şərəf duyuram” və “Hayastan” blokları parlamentin 4 günlük plenar iclaslarını boykot edib.

Mənbə: APA

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: