27.07.2024

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi layihəni yekunlaşdırıb

“II Qarabağ müharibəsi şəhid ailəsinin və müharibə iştirakçısının sosial problemlərinin həllinə kömək» layihəsinin icrası yekunlaşır.

 “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, 01.02.2022-ci il-01.05.2022-ci il   tarixləri ərzində, Bakı şəhəri və  Quba rayonunun Çiçi-Səbətlər İnzibati Ərazi Dairəsində (İƏD) “II Qarabağ müharibəsi şəhid ailəsinin və müharibə iştirakçısının sosial problemlərinin həllinə kömək” layihəsinin icrasını başa çatdırmaq üzrədir. Layihənin məqsədi, II Qarabaq müharibəsində şəhid olmuş, kapitan Əliyev Füzuli Vidadi oğlunun ailəsinin və müharibə iştirakçısı, Əhmədov Əhməd Xalıq oğlunun sosial vəziyyətlərinin yaxşılaşdırılmasına kömək etməkdən bəhs edir.

Layihənin icrası zamanı, Bakı şəhər sakini, Suqovuşanda gedən döyüşlərdə 7.10.2020-ci il tarixində həlak olunmuş, Kapitan Əliyev Füzulinin dəfnindən iki ay sonra dünyasını dəyişmiş atasının qəbirüstü daşlarını hazırlamaq məqsədilə, şəhid ailəsinin iştirakı ilə baş daşı və sinə daşlları komplekti sifariş verilmişdir. Sifariş hazır olandan sonra, başdaşı və sinə daşları komplekti, şəhidin ailəsinə təhvil verilmişdir.

Layihənin məqsədinə uyğun olaraq, İkinci Qarabaq müharibəsi zamanı Murovdağ ətrafındakı döyüşlərdə iştirak etmiş, Quba rayonunun Rəziyələr kəndində yaşayan, heç bir məşquliyyəti olmayan, Əhməd Əhmədovun məşqulluqunu təmin etmək üçün,  lazımi hazırlıq işləri görüldükdən sonra, özünün iştirakı ilə,  2 baş boğaz inək və 220 kq qüvvəli yem alınıb, yaşadığı ünvanda ona təhvil verilmişdir. Bizə verilən məlumata görə, bu inəklərin ikisidə balalayıb, artıq məhsulundan istifadə olunur.

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin icra etdiyi bu layihə onu göstərir ki, müharibə iştirakçılarının sosial problemlərinin həlli, dövlətin daim diqqətindədir. Layihənin icrası zamanı, görüşlərdə, biz bunun şahidi olmuşuq ki, dövlətin bu diqqəti  vətəndaşları məmnun edir və eyni zamanda tərbiyəvi əhəmiyyətə malikdir. “II Qarabağ müharibəsi şəhid ailəsinin və müharibə iştirakçısının sosial problemlərinin həllinə kömək”  layihənin icrası, Azərbaycan Respublikası Prezidentinin döyüşçülərə müraciətində, “Sizin problemləriniz mənim daim diqqət mərkəzimdə olacaqdır” fikirinin, təsdiqidir.

 Hörmətlə, Elman Əhmədov

 “Azəri” Tat  Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: