Rusiya qoşunları Çernobılı tərk edir

Rusiya qoşunları fəaliyyətsiz Çernobıl AES-in ərazisini tərk edərək Belarus istiqamətində getməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə media orqanlarına Pentaqondakı adı açıqlanmayan mənbə məlumat verib.
«Çernobıl onların qoşunlarının bir hissəsini köçürməyə başladıqları yerlərdən biridir — onlar Çernobıldan Belarusa gedirlər», — mənbə qeyd edib.
Qeyd edək ki, Rusiya qoşunları Çernobıla nəzarəti müharibənin lap əvvəlində — fevralın 24-də ələ keçiriblər.