18.10.2024

“Əgər birləşməsək Qarabağ əldən gedəcək ” – Erməni deputat İrəvana səsləndi

“Olmayacaq dediyimiz işlər baş verir. Deyirdilər Fərrux dağı bizdədir. Artıq o da yoxdur”.

Alp.az xəbər verir ki, bunu erməni parlamentinin deputatı  Taquhi Tovmasyan açıqlamasında bildirib.


Milli Məclisin “Mənim namusum var” fraksiyasının deputatı Taquhi Tovmasyan Facebook səhifəsində yazıb.

“Martın 24-dən mən Qarabağdayam. İnsanların simasında bir ümidsizlik var. Bu çarəsizliyin, ümidsizliyidir. Ermənilər bu ümidsizlikdən qopmaq üçün Qarabağdan qaçır. İnsanlar arasında birlik yoxdur. Əgər birləşməsək Qarabağ tamamilə əldən gedəcək. Maddi vəziyyət Qarabağda olduqca ağırdır. Çoxları iş üçün İrəvana və Rusiyaya üz tutub. Araik Aruthunyan və komandasının yarıtmaz idarəçiliyi sayəsində Xankəndi hər gün boşalır.

İrəvan yardım etməsə bu Qarabağ üçün sonuncu şansın qaçırılması olacaq” – deyə Taquhi Tovmasyan  bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: