İstanbulda Rusiya — Ukrayna danışıqları yekunlaşdı
İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb.
Əvvəlcə nümayəndə heyətlərinin rəhbərləri görüşüb, ardınca geniştərkibdə danışıqlar davam etdirilib.
Rusiya və Ukrayna təmsilçilərinin növbəti görüşü Dolmabağça sarayında baş tutub. Hələlik danışıqların detalları məlum deyil. Görüşün 3 saat davam etdiyi bildirilir.
Görüşün nəticələri haqqında əlavə məlumat verilmir.