08.09.2024

Ermənistandan Xankəndiyə gələn qanunsuz qaz xətti yenə partladı

Ermənistanın Azərbaycan ərazisindən Qarabağa qədər gələn boru xətti qanunsuz tikilib. Bu boru xətti işğal dövründə çəkilib.

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Azərbaycan öz torpaqlarının əksər hissəsini işğaldan azad etdikdən sonra boru xəttinin bir hissəsi nəzarətimiz altına keçib. Ermənistan həmin boru xəttiylə bağlı Azərbaycanla danışıqlar aparmalıdır. Boru xəttiylə qazın nəqli qanunvericiliyimizlə təmzimlənməlidir. Digər tərəfdən, qaz ölkəsi olan Azərbaycan erməni vətəndaşlarının yanacaqla təminatını özü həll edə bilər. Ancaq bunun üçün Qarabağın tamamında Azərbaycan qanunlarının icrası təmin edilməlidir. Əgər Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılar bu reallığı qəbul etmək istəmirlərsə, bölgəyə qazın, suyun və işığın verilməsində fasilələrin yaranacağı faktını qəbul etmək məcburiyyətindədirlər”, — o bildirib.

Qeytd edək ki, 8 martda qəza nəticəsində kəsilən və 18 martda bərpa edilən qəza xətti ötən gün yenə zədələnib və Xankəndinin qazla təminatı kəsilib.

Mənbə: Yenipress.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: