27.07.2024

AVMVİB sədrindən bayram təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev Novruz bayramı münasibətiylə xalqımıza bayram təbriki ünvanlayıb.

Təbrik mətnində deyilir:


— Əziz şəhid ailələri, əziz qazilərimiz, döyüşçülərimiz, ordumuz və xalqımız!


Nə qədər ağrılı olsa da deməliyik ki, bu Vətən bayram keçirərək azad və asudə yaşasın deyə öz canlarından keçən şəhidlərimizin bu yurd üzərində doğan günəşin şüasında da haqları vardır. Bunları unutmadıq, unutdurmadıq və unutdurmayacağıq. Bir ölkə şəhidinin və döyüşçüsünün çiyinləri üzərində var olur. Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq ikinci dəfədir Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ona görə də Azərbaycan xalqı ötən il olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır. Bi bu qürura görə öncə şəhidlərimizə, sonra da şəhid olmağı gözə almış döyüşçülərimizə borcluyuq.

Bu ilki müraciətində Ali Baş Komandan cənab İlham Əliyev dedi: «İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik».


Hər birimiz bu amallar uğrunda birləşməliyik. Qarabağda qazanılmış qələbəni tam və qəti qələbəyə çevirməliyik.


Qarşıdan gələn Novruz bayramınız mübarək! Qoy bu ilimiz Qarabağda böyük quruculuq ili olsun. Azərbaycan xalqını bu tarixlə yaşıd bayram münasibətiylə təbrik edirəm.


AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: