21.11.2024

Zelenski Qərbin oyunbazlığından bezdiyi ortadadır

“Əminəm ki, biz tezliklə vətəndaşlarımıza deyəcəyik: qayıdın”…


Bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 5-də xalqa müraciətində bildirib.


“Əminəm ki, biz tezliklə vətəndaşlarımıza deyəcəyik: qayıdın, çünki sizi artıq heç bir təhlükə gözləmir. Polşadan, Rumıniyadan, Slovakiyadan və başqa ölkələrdən qayıdın. Artıq Ukraynanın bərpası üçün onlarla milyard dollar ayrılıb. Bu, ilk qərardır. Biz işğalçılara böyük zərbə vururuq. Rusiya ordusu 10 minə yaxın canlı qüvvə itirib. Bu dəhşətdir, əsgərlər 18-20 yaşındadır. Onlar niyə dföyüşdüklərini belə izah edə bilmirlər. Rusiya onlara ölümdən başqa da nəsə verə bilərdi. Biz danışıqlar nəticəsində əldə olunmuş razılaşmanın üzərimizə düşən hissəsinə əməl edirik”, — deyə dövlət başçısı vurğulayıb.


Yeni hücumların və itkilərin qaçılmaz olduğunu bilən NATO şüurlu şəkildə Ukraynanın hava məkanını bağlamamağa qərar verdi. Bu gündən etibarən ölənlərin hamısının səbəbkarı siz olacaqsınız.


“Bu gün alyansın edə biləcəyi yeganə şey Ukraynanı 50 ton dizel yanacağı ilə təmin etməkdir! Yəqin ki, Budapeşt Memorandumunu yandıraq ki, daha yaxşı yansın”, — Zelenski qeyd edib.


Həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ukrayna səmasını bağlamamaq qərarını şərh edib.


UNİAN verdiyi xəbərə görə, o, müraciətində daha sonra bunları deyib:
«NATO sammiti baş tutdu. Zəif sammit, qarışıq sammit. Heç də hamının Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd hesab etmədiyini göstərən sammit. NATO ölkələrinin bütün kəşfiyyat qurumları düşmənin planlarını yaxşı bilirlər. Onlar da təsdiqlədilər ki, Rusiya hücumu davam etdirmək istəyir. Doqquz gündür ki, biz ağır müharibə görürük, şəhərlərimizi viran qoyur, insanlarımızı, uşaqlarımızı, yaşayış məntəqələrini, kilsələri, məktəbləri atəşə tutur, normal şəraiti təmin edən hər şeyi məhv edir”, — Zelenski qeyd edib.


NATO yeni zərbələrin və itkilərin qaçılmaz olduğunu bilərək Ukrayna səmasını bağlamamaq barədə şüurlu qərar verdi. Biz inanırıq — NATO ölkələri özləri belə bir rəvayət yaradıblar ki, guya Ukrayna səmasının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq.
Bu, bizdən qat-qat güclü silahlara sahib olsalar da, zəif, daxilən etibarsız olanların özünü hipnozudur. İnsanları, insanlığı düşünməli idiniz. Həmin görüşdə nə haqda fikirləşdiniz? Bu gündən həlak olan bütün insanlar da sizin ucbatınızdan, sizin zəifliyinizdən, parçalanmışlığınızdan öləcəklər”, — Ukrayna Prezidenti deyib.


Onun sözlərinə görə, bu gün Alyansın bacardığı yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdir.
«Görünür, Budapeşt Memorandumunu yandıra bilərsiniz. Daha yaxşı yansın. Amma bizim üçün o, artıq Rusiya qoşunlarının atəşində yandı. Bu, bizim istədiyimiz NATO idi? Sizin qurduğunuz Alyans budurmu?
Siz səmanı bağlaya bilərdiniz. Amma…Bilmirəm, siz kimi qoruya bilirsiniz və öz ölkələrinizi — Alyans ölkələrini qoruya bilirsinizmi? Siz ümumi Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bir litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”, — dövlət başçısı vurğulayıb.


Zelenski bununla yanaşı, Ukraynanın NATO-dakı dostlarına da minnətdarlığını bildirib.


«Orada çoxlu dostlarımız, tərəfdaşlarımız var, çoxu güclü tərəfdaşlardır. Dövlətimizə nə olursa-olsun, kömək edənlər. İşğalın ilk günündən. Və əminəm — qələbəyə qədər. Biz mübarizəmizi davam etdiririk. Biz ölkəmizi qoruyacağıq. Torpaqlarımızı azad edəcəyik. Qəhrəmanlarımıza təşəkkürlər”, — Zelenski vurğulayıb.


Zelenski son ümidini də itirdiyi Avropa və NATO haqqında dediyi qısa tezislər KİV-LƏR TƏRƏFİNDƏN BELƏ YAYILIB:

— Biz 9 gün zülmətə, 9 gün zülmə dözdük. Qarşılaşdığımız zülmət və zülm gözlədiyimizdən üç dəfə çoxdur. Strateji olaraq hər şey aydındır.

Ujqoroddan Xarkova , Kiyevdən Xersona kimi ukraynalılar birlik ifadə etdi. Ukraynalılar düşməni Kiyev yaxınlığından qovur, Axtırkaya, Hostomelə görə cəzalandırır, Xersona görə qisas alır. Ukraynanın o Xersonuna görə ki, onu bu gün aşağılamağa cəhd etmişdilər. Amma alınmadı. ( Putin hakimiyyəti Xerson şəhərini alandan sonra orada Rusiyaya dəstək aksiyası keçirməyə cəhd etmişdi).


— İşğalçılar düşünürdü ki, ukraynalıları televiziyasız qoya biləcək, tabitəni kəsəcək, ərzaqsız qoyacaq, əlektrik enerjisinin verilməsini dayandıracaqlar. Onlar düşünürdülər ki, ukraynalıları özlərinə tabe edəcəklər. Amma siz bizi oksigensiz qoysaz belə biz tam gücümüzlə nəfəs alıb deyəcəyik — Rədd olun bizim torpağımızdan!».

— Bu gün NATO üzvü olan ölkələrin sammiti keçirilib. Zəif bir sammit. Başını itirmişlərin sammiti. Sammitdə gördük ki, heç də hamı Avropanın azadlığı uğrunda savaşı bir nömrəli məqsəd hesab etmir. NATO üzvü olan ölkələrin kəşfiyyat idarələri düşmənin planlarından xəbərdardır. Onlar Rusiyanın hücumu davam etdirmək istəyində olduğunu təsdiqləyirlər.

— NATO bunu başa düşərək Ukrayna hava məkanını bağlamaq haqqında qərar qəbul etmədi. Biz hesab edirik ki, NATO ölkələri öözləri belə bir rəvayət uydurublar ki, guya Ukrayna hava məkanının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq. Bu, zəif, özlərinə arxayın olmayanların özünü hipnozudur…

Bu gündən sonra öləcək bütün insanların qanında sizin də əliniz olacaq. Sizin zəifliyiniz, fikir ayrılıqlarınıza görə onlar məhv olacaqlar”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: