01.07.2025

Borrell: Rusiya müharibəni barbar şəkildə aparır

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell deyib ki, Rusiya vəhşicəsinə aparılan müharibənin iyrənc üzünü göstərir.

Bunu Borrell Brüsseldə xarici işlər nazirləri səviyyəsində Aİ Şurasının fövqəladə iclasından əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə birgə brifinqdə deyib.

«Bu gün biz sərhədlərimizdə yaranan müharibənin iyrənc üzünü görürük. Ruslar isə bombardman edir, hər şeyi atəşə tutur: xəstəxanalar, evlər, məktəblər. Çoxlu mülki itkilər var. Bu, müharibə aparmağın barbar üsuludur».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: