27.07.2024

Sabirabadda şəhidin ad günü qeyd olunub

Şəhid Əkbərov Rahil Canəhməd oğlu 1 mart 1991-ci ildə Sabirabad rayonun Ətçələr kəndində anadan olub.


Şəhidin 2-ci mövludu günü münasibətiylə tədbir kecrilib.


Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin numayəndələri, şəhid alləri, kənd sakinləri və müharibə veteranları iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.


Şəhidin həyatı və döyüş yolu haqqında cıxışlar oldu və ruhuna dualar oxundu.


Şəhid Rahil Əkbərov 27 noyabr 2020-ci ildə şəhid olub.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin aləsinə baş sağlığı verərək, şəhidlərimizin daim qəlbimizdə olduğunu bildirdi.

Məkanı cənnət olsun!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Sabirabad

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: