21.11.2024

“Bəzəkli sözlər arxasında gizlətdikləri çirkin üzləri ortaya çıxır”

“Dünyanın bir müddətdir köklü dəyişiklik prosesindən keçdiyini hər fürsətdə təkrar edirik. Bu sistemin əsasını təşkil edən birinci və ikinci dünya müharibəsi haqqını tələb etmək deyil, bölüşdürmə mübarizəsi idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Türkiyə lideri bildirib ki, ölkəsi bu mübarizələrdə masadakı deyil, menyudakı ölkələrdən biri idi:

“Onsuz da sancılı olan bu sistemdə “soyuq müharibə”nin sona çatmasından sonra tamamilə balanssızlıq yarandı. Qlobal idarəçilik sistemindəki təhriflər yaşanan hər hadisə ilə özünü yenidən göstərir.

Öz təhlükəsizlikləri və rifahları xaricində heç bir şeyə əhəmiyyət verməyən ölkələrin bər-bəzəkli sözlər arxasında gizlətdikləri çirkin üzləri artıq ortaya çıxmaqdadır.

Son olaraq Ukraynada yaşanan hadisələr bu həqiqəti göstərib. Əvvəlcə bunu vurğulamalıyam, Türkiyə bölgədə sülh, rifah istəyən bir ölkədir. Bu yanaşmamızı hər yerdə göstərdik.

Qara dənizin şimalında da Ukrayna və Rusiyaya aralarındakı problemi dialoq yolu ilə həll etməyi dedik. Yenə bu prosesdə sülh və sabitliyin təmin olunması üçün çoxtərəfli diplomatiyamızı gündəmə gətirdik. Belə bir tablonun ortaya çıxmasına görə çox məyusuq. NATO başda olmaqla, hər platformada ölkəmizin məsələyə baxışını ifadə etməyə davam edirik”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: