Lənkəranlı veteranlar Xocalı şəhidlərini andılar
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak etmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dosuyev məlumat verib.
Saleh Dostuyev bildirib ki, müharibə veteranları qanlı faciənin 30-cu ildönümünə həsr olunmuş Abidəyə gül qoymuş və Allahdan şəhidlərimizə rəhmət diləmişlər.
N. Məmmədli