Rus hərbçilərin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI

Ukrayna sərhədindən 14 kilometr məsafədəki qatar satansiyasında 5 gündür gözləyən rus hərbçilərin fotoları şok effekti yaradıb.
Rusiyanın elit birliyindən olan 100-ə qədər hərbçinin 5 gündür yerdə yatdığı irəli sürülür. İddialara görə, hərbçilərə qida da verilməyib. Bildirilir ki, hərbçilər əvvəlcə öz hesabları ilə qida alıblar.
Lakin onların pulu bitəndən sonra köməyə yerli sakinlər çatıb. Rusiya mediasının məlumatına görə, komandanlar tərəfindən stansiyaya gətirilən hərbçilər “unudulub”.
5 gündən sonra hərbçilər başqa bölgəyə göndərilib.