AVMVİB İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.
Bir sıra məsələlərin müzakirə olunduğu tədbirdə rayon şöbələrinin sədrləri iştirak edirdilər.
Ənənəvi olaraq iclas öz işinə şəhidlərimizin əziz xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsiylə başladı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev iclası açıq elan etdi.
AVMVİB sədri Füzuli Rzaquliyev öz çıxışında təşkilatdaxili və ümumveteran problemlərinə toxundu. Bildirdi ki, daxildəki məlum qüvvələrin antiveteran fəaliyyətləri sosial narazılığı artırmağa yönəldilib. İstər müharibə əlillərinə, istər təqaüdçü ehtiyyatda olan zabitlərimizin 2019-cu ildən bəri pensiyalarının indeksasiya edilməməsi və cəhdlə sosial artımlardan kənarda saxlanması, gənc qazilərə, şəhid ailələrinə qarşı neqativ münasibətlər və s. bir mərkəzdən idarə edildiyini hər biriniz bilməlisiniz. Ona görə də maksimum ehtiyyatlı olmalıyıq. Bu şəxslərin məkrli planları ölkədə sabitliyi pozmaq üçün imtiyazlı təbəqədən istifadə etmək istəkləri ortadadır. Biz əsgərik və bu Dövlətin qurulmasında canımız, qanımız bahasına başa gəldiyini ən yaxşı bizlər bilirik. Bəzi siyasi dəllallar, düşmənə maşalıq edən 5-ci kolon nökərlərinin istəkləri həyata keçməyəcək. Çünki bu illər ərzində ilk dəfədir ki, ətrafında birləşdiyimiz Ali Baş Komandan cənab İlham Əliyev, həm məlum Aprel döyüşlərini, həm Tovuz döyüşlərini, həm Naxçıvanda Güncüt döyüşünü, həm də hər kəsin iftixar yeri olan 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurmuş bir strateq olduğunu sübut edən liderdir. İlham Əliyev hər bir müharibə veteranının komandanı olmaqla yanaşı, özü də bizim üçün MÜHARİBƏ VETERANIDIR.
**************
Müzakirələr zamanı təklif və şikayətlərini bildirən şöbə sədrləri çıxış etdilər. Onlar müzakirə üçün öz təkliflərini verdilər və bu təkliflər əsasında aidiyyatlı qurumların iştirakıyla yığıncaq keçirilməsi qərara alındı.
Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyinin İdarə Heyətinin üzvü, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov qəbul edilmiş qərarları açıqladı.
Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyinin İdarə Heyətinin
Q Ə R A R I
Bakı şəhəri 12 yanvar 2022-ci il
AVMVİB rayon şöbələrinin ştat cədvəli təsdiq edilsin:
- Sədr (ictimai əsaslarla);
- Təşkilati məsələlər üzrə müavin (ictimai əsaslarla);
- Sosial məsələlər üzrə müavin (ictimai əsaslarla);
- 44 günlük Vətən Müharibəsi iştirakçıları üzrə m. (ictimai əsaslarla);
- İctimai əlaqələr üzrə müavin (ictimai əsaslarla);
- Hüquqi məsələlər üzrə müavin (ictimai əsaslarla);
- İqtisadi məsələlər üzrə müavin (ictimai əsaslarla);
- Ümumi şöbə müdiri (ictimai əsaslarla);
- Təlimatçı (ictimai əsaslarla);
- Ekspert (ictimai əsaslarla);
- Referant kargüzar (ictimai əsaslarla).
Sədr: F. Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyinin İdarə Heyətinin
Q Ə R A R I
Bakı şəhəri 12 yanvar 2022-ci il
AVMVİB-nin Nizamnaməsində qeyd olunan vəzifə öhdəliklərini yerinə yetirilməsində göstərdikləri fəaliyyətsizliklərini və İdarə Heyətinin qərarlarını yerinə yetirmədiklərini nəzərə alaraq, aşağıda adları qeyd olunan rayon şöbələrinin sədrləri tutduqları vəzifədən azad edilsinlər:
- Şəki rayon şöbəsinin sədri;
- Masallı rayon şöbəsinin sədri;
- Cəlilabad rayon şöbəsinin sədri;
- Lerik rayon şöbəsinin sədri;
- Qəbələ rayon şöbəsinin sədri.
Sədr: F. Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyinin İdarə Heyətinin
Q Ə R A R I
Bakı şəhəri 12 yanvar 2022-ci il
AVMVİB-nin İdarə Heyətinin qəbul etdiyi qərarları vaxtında və layiqincə yerinə yetirmədiklərininə görə aşağıda adları qeyd olunan rayon şöbələrinin sədrlərinə töhmət elan edilsin:
- Ağdam rayon şöbəsinin sədri – Paşayev Mərdan Həsən;
- Səbail rayon şöbəsinin sədri – Əliyev İlham Məhərrəm;
- Qaradağ rayon şöbəsinin sədri – Rəsulov İsmayıl Yəhya;
- Hacıqabul rayon şöbəsinin sədri – Süleymanov Mehman;
- Pirallahı rayon şöbəsinin sədri – Aslan Əmrahov;
- Samux rayon şöbəsinin sədri – Ağamalıyev Polad İsrayıl;
- Daşkəsən rayon şöbəsinin sədri – Musayev Əli Vilayət;
- İsmayıllı rayon şöbəsinin sədri – Pənahov Ravid Vahid;
- Siyəzən rayon şöbəsinin sədri – Rəhmanov Famil Rəhman;
- Şirvan şəhər şöbəsinin sədri – Ədilov Babək Kamil.
- Xızı rayon şöbəsinin sədri – Tağıyev Şakir Aslan.
Sədr: F. Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyinin İdarə Heyətinin
Q Ə R A R I
Bakı şəhəri 12 yanvar 2022-ci il
AVMVİB-nin Nizamnaməsində qeyd olunan vəzifə funksiyalarını və İdarə Heyətinin qəbul etdiyi qərarları layiqincə və vicdanla yerinə yetirdiklərininə görə aşağıda adları qeyd olunan rayon şöbələrinin sədrlərinə təşəkkür elan edilsin:
- Abşeron rayon şöbəsinin sədri – Cabbarov Cabbar Mehman;
- Nərimanov rayon şöbəsinin sədri – Osmanov Qurbanəli Bayram;
- Sabunçu rayon şöbəsinin sədri – Abdullayev Çingiz Sadıq;
- Yasamal rayon şöbəsinin sədri – Hüseynov Salman Umud;
- Nizami rayon şöbəsinin sədri – Baxışıyev Rəcəb Xudayar;
- Xətai rayon şöbəsinin sədri – Kazımov Sabit Süleyman;
- Nəsimi rayon şöbəsinin sədri – Hüseynov Elmar Knyaz;
- Suraxanı rayon şöbəsinin sədri – Rüstəmov Eldar Alməmməd;
- Binəqədi rayon şöbəsinin sədri – Ələsgərov Mərdan Abbasəli;
- Xəzər rayon şöbəsinin sədri – Tağıyev Rasət Ələkbər;
- Sumqayıt şəhər şöbəsinin sədri – Mansurov Teymuraz Qeybullah;
- Xocavənd rayon şöbəsinin sədri – Həsənov Eynulla Ağamirzə;
- Beyləqan rayon şöbəsinin sədri – Məmmədov Əlövsət Əliş;
- Göygöl rayon şöbəsinin sədri – Hüseynov Həbib Məhərrəm;
- Balakən rayon şöbəsinin sədri – Abdullayev Aydın;
- Ağdaş rayon şöbəsinin sədri – Beydullayev İlham Rəşid;
- Qazax rayon şöbəsinin sədri – Sadıqov Vaqif Əhməd;
- Tovuz rayon şöbəsinin sədri – Vəliyev Etibar Əli;
- Şamaxı rayon şöbəsinin sədri – Səmiyev Fuad Ötərxan;
- Zərdab rayon şöbəsinin sədri – Həsənov Seyfi İnqilab;
- Qubadlı rayon şöbəsinin sədri – Eminov Təyyar Vahid;
- Zəngilan rayon şöbəsinin sədri – Musayev Azad Məhəmməd;
- Xankəndi şəhər şöbəsinin sədri – Ağayev Ramiz Yunus;
- Quba rayon şöbəsinin sədri – Babayev İsmayıl Mayıl;
- Xaçmaz rayon şöbəsinin sədri – Əzizov Ələddin Qadir;
- Qusar rayon şöbəsinin sədri – Laçınov Qumral İsabəy;
- Lənkəran rayon şöbəsinin sədri – Qurbanov İlham Əliheydər;
- Çilov şöbəsinin sədri – Cəfərov Bayram Sevindik;
- Laçın rayon şöbəsinin sədri – Hüseynov Rasim Soltan;
- Mingəçevir şəhər şöbəsinin sədri – Həsənov Natiq Nəriman;
- Sabirabad rayon şöbəsinin sədri – Hüseynov Faiq İsrafil;
- Şəmkir rayon şöbəsinin sədri – Vəliyev Tahir Hüseyn;
- İmişli rayon şöbəsinin sədri – Tapdıqov Taleh Eyvaz.
Sədr: F. Rzaquliyev