27.07.2024

Ermənilər Qarabağdakı rus sülhməramlılarından narazıdır

Erməni Teleqram kanalları Qarabağdakı rus sülhməramlılarından şikayətlənir.

Erməni mediası xəbər verir ki, ermənilər rus sülhməramlılarının işindən narazıdırlar. Teleqram kanallarından biri yazır:

“Sizin ağlınıza gələn ən alçaq şey uşaqlara hədiyyə verməklə belə məkrli siyasət yürütməkdir (onu siz almadınız, ermənilər onlara göndərdi, siz sadəcə çatdırdınız, çünki sahibiniz-mafioz (Putin) bu uşaqlardan yeganə həyat yolunu belə əlindən alıb).

Başqa bir kanal birinciyə belə cavab verir: “Siz hansısa erməni xeyriyyə fondu vasitəsilə Qarabağ uşaqlarına hədiyyə göndərsəniz, onlar çatdırsalar, tərbiyyəçi və ya müəllim uşaqlara deyəcək: “Uşaqlar, indi rus sülhməramlılarına hədiyyələr üçün “çox sağ olun” deyin!

Dəhşətlidir, elə deyilmi? Reallıq!

Yalnız birbaşa özünüz göndərin və kömək edin! Putinin xalqımıza qarşı hiyləgər, cinayətkar, soyqırım siyasətində iştirak etməyin!”

Ermənilər qəpik-qəpik pul yığıb hədiyyələr alır, sülhməramlılar da Qarabağdakı erməni uşaqlarına çatdırır və orada yaşayan ermənilər də, uşaqları da ruslara minnətdar olurlar. Son günlər Ermənistanda da bu barədə söz-söhbət artıb.

Demək olar ki, bütün Telegram kanallarında ermənilər Qarabağda sülhməramlıların olmasından narazıdırlar və getdikcə qəzəbin səviyyəsi yüksəlir.

Xuraman Etibarlı,

Mənbə: KONKRET.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: