Erməni blogger: Komandirlərimiz qızıl dişlərə görə Azərbaycan qəbirlərini qazırdı
Erməni bloqqer Nairi Axverdi İrəvanın işğalçılıq siyasətindən, Birinci Qarabağ müharibəsi zamanı erməni səhra komandirlərinin və yaraqlılarının göstərdiyi vəhşiliklərdən danışıb.
Anews.az xəbər verir ki, bunu Hollandiyadan Ermənistana repatriasiya olunmuş tərcüməçi, publisist və bloqqer Nairi Axverdi «Twitter” səhifəsində yazıb.
«Başçılarımız bizi çox pis ruhdan saldılar. Bu, 7 rayonun etnik təmizləməyə məruz qaldığını və bu hekayənin rahatlıqla vətənpərvər azadlıq şüarları ilə işıqlandırıldığını bilməyən, cəhalət içində böyümüş bir çox erməni gəncini heyrətə gətirmişdi. Birinci Qarabağ müharibəsində vuruşmuş ermənilər çox vaxt yaşadıqlarını açıq danışırlar. Bir veteran mənə bütün hərbçilərə azərbaycanlıların məzarlarını qazmaq və qızıl diş axtarmaq üçün necə əmr verdiyindən danışdı. O, komandirin və həmkarlarının hərisliyinə dəhşətlə baxdığını bildirdi”, — deyə Nairi Axverdi əlavə edib.
Fehruz Rza