02.11.2024

“Qaradaşım xəstə ola-ola ona əlilik təyin olunmur” – Müharibə əlili dövlətdən kömək istəyir

Biləsuvar rayon sakini Şahbazov Sərdar Salman oğlu müraciətində bildirib ki, qardaşı Şahin Şahbazov 1-ci Qarabağ müharibəsində ciddi zədə alaraq sağlamlığını itirsə də, ona əlillik dərəcəsi təyin olunmayıb.

Müraciətdə bildirilir: “Qardaşımın psixoloji problemləri olduğundan, sizinlə mən əlaqə saxlamalı oldum. Qardaşım Şahbazov Sərdar 1992-1996-cı illər ərzində 4 il 6 ay müddətində hərbi xidmətdə olub. 1-ci Qarabağ müharibəsində cəbhənin Ağdam, Füzuli, Kəlbəcər, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1992-c ilin iyul ayında Kəlbəcər istiqamətində mina partlayışı nəticəsində ayağından qəlpə yarası və kontuziya alıb. Buna baxmayaraq o, axıra qədər hərbi xidmətini davam etdirib.

Ordudan təxris olunandan sonra müalicəsini davam etdirməyə imkanımız olmayıb. Döyüş yoldaşları təsdiq edirlər ki, Sərdarın yanında şəhid olan, xəsarət alanlar olduğundan ciddi psixoloji sarsıntı keçirib. İndiyə qədər heç bir dövlət qurumundan maraqlanan, yardım edən olmayıb. Qardaşımın psixoloji problemləri olduğundan onu xəstəxanada müalicəyə də razı sala bilməmişik. Yalnız bir dəfə 2019-cu ildə öz hesabımıza 1 saylı Maştağa Ruhi Dispanserində 1 ay müalicə alıb”.

Ş. Şahinov bildirir ki, qardaşına sosial müavinətin təyin olunması üçün bir neçə dəfə rəsmi qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb: ” Mənim qaradaşım xəstə ola-ola ona əlillik dərəcəsi təyin olunmur. Heç bir yerdə də işə götürmürlər. Qardaşım 2019-cu ildə Dövlət Məşğulluq Agentliyində qeydiyyata alınsa da, indiyə qədər bu qurumdan heç bir cavab gəlməyib. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, qaziləri, şəhid ailələrini incitməsinlər. Mənim qardaşım yaralanmasına baxmayaraq sona qədər hərbi xidmətini davam etdirib. Onun xəsarətləri, psixoloji problemlərinn olması, bütün rəsmi sənədlərdə də qeyd olunub. Lakin bizə bildirirlər ki, qardaşınıza pensiya düşmür. Ümid edirəm ki, bu məsələ daha ciddi araşdırılacaq və ədalətli qərar qəbul olunacaq”.

Mənbə: AzPolitika.info

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: