20.05.2024

TƏBRİK: ƏLƏKBƏROV VAHİD GÜLOĞLAN OĞLU — 49

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev 3-cü Qrup müharibə əlili ehtiyatda olan kapitan Ələkbərov Vahid Güloğlan oğlunu doğum günü  münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     3 -cü qrup müharibə əlili, ehtiyyatda olan kapitan Ələkbərov Vahid Güloğlan oğlu  10 dekabr 1972-ci ildə Yevlax rayonunda anadan olub.

     O, 1989-cü ildə Yevlax rayon tam orta məktəbini,  1998 -ci  ildə    Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi (zabitlərin ixtisas artırma kursunu), 2000- ci ildə isə Bakı Dəmiryolu Texnikomunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki-təlim toplanmışlarında, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

      Ələkbərov Vahid Güloğlan oğlu 1990-1991-ci illərdə Sovet ordusunda müdddətli həqqi hərbi xidmətdə olub. 1992-2012-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Xətai və Zaqatala rayonlarında yerləşən hərbi hissələrdə taqım və  böluk komandiri, Xüsusi təyinatlı Dəstənin kəşfiyyat rəisi vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində ,yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.

     Kapitan Ələkbərov Vahid Güloğlan oğlu Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı  təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, qohum- əqraba ,dost- tanış arasında özünə layiq hörmət qazanmışdır.

     Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə ( döyüş təcrübəsi ilə), işgüzarlığı  və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə  seçilən ən məhsuldar  dövrünün  22 ildən cox şərəfli xidmət  yolunu hərbi xidmətdə keçirib.

      O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş  keyfiyyətləri göstərdiyinə görə, döyüş  və ictimai sıyası hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində  hərbi  yüksək göstəricilərə nail olduğuna görə  Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə ,pul mükafatları ilə, fəxrı fərmanlarla və qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından «Qüsursuz Xidmətlərə Görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının » 10-illiyi və 90-illiyi medalları ilə təltif olunub.

      Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai, təhlükəsizliyin qorunmasında, Mütəşəkkil cinayətkarlığa, terorçuluğa  və digər   təhlükəli cinayətlərə qarşı  mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində   xüsüsi ilə fəriqləndiyinə və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının  Prezidentinin 30 iyun 2002-ci  il tarixli sərəncamına görə «VƏTƏN UĞRUNDA » medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VAHİD BƏY !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə: Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: