15.10.2024

AVMVİB İdarə Heyətinin Qərarına necə əməl olunub?

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi ölçü götürüləcəyi barədə xəbərdarlıq etmişdik.


Lakin varlığı ilə yoxluğu bilinməyən şöbələrimizin sayı hələ də yetərincədi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bakı şöbələrindən Xətai, Səbail və Qaradağ rayon şöbələrinin də bu siyahıda yer alması düşüncürüdür. Xüsusən AVMVİB Qaradağ rayon şöbəsi 4 il ərzində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qaradağ rayon şöbəsinin AVMVİB İdarə Heyətinin məlum Qərarına heç bir reaksiya verməməsi araşdırılmalıdır. Reaksiya yoxdursa, deməli şöbə ən azı «rəhmətə gedib». Onu yerdən qaldırmaq isə elə İdarə Heyətinin «borcudur». Eləcə də fəaliyyət göstəricisi «0» olan digər rayon şöbələrimizin fəaliyyətinə diqqət ayrılmalıdır. Maraqlı orasıdır ki, şöbənin fəaliyyətini dirçəltmək iqtidarında olan veteranlarımız yetərincədir. Məsələ dəyişikliyə gələndə isə bu şöbələrin sədrləri «daş atıb başlarını tuturlar» ki, xəbərləri olmayıb. Xəbərlərinin olmaması elə onların fəaliyyətlərinin əsas göstəricisi sayılmalıdır.

Çünki ən azı Birliklə əlaqəsi olan hər bir şöbəyə məlumat verilib və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəsmi orqanı kimi Fədai.az və Veteran.az onlayn media resursları mövcuddur. Belə olan halda yenə də günah şöbənin üzərində olduğu aydın olur.


Bir məqama da toxunmaq istərdik. Hələ də bəzi şöbə sədrləri mənsub olduqları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) adını düzgün tələffüzünə və digər rəsmi müraciətlərdə belə abverviaturaya (AVMVİB) uyğun yazılmasına diqqət yetirmir və üstəlik də özləri yanlış olaraq «X rayon veteranlar təşkilatı», «rayon veteranlar birliyi» və s. kimi tələffüz edirlər. Bundan sonra bu yanlışlara yol verən təşkilat mənsubları barədə ciddi xəbərdarlıqlar ediləcək.


Başqa bir məqama diqqət yetirək. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində (AVMVİB) sədrin səlahiyyətli nümayəndələri fəaliyyət göstərməkdədir. Qarabağ bölgəsi üzrə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB Şirvan bölgəsi üzrə, AVMVİB İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahov, Şimal bölgələri üzrə AVMVİB Quba rayon şöbəsinin sədri İsmayıl Babayev, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin müavini Natiq Həsənov AVMVİB İdarə Heyətinin Qərarının icrasıyla bağlı işlər görməlidirlər.

İlk baxışda adi görünən bu məsələ, həm də Birlik daxilində intizamın göstəricisi sayılmalıdır. Dekabr ayının 25-də yekun araşdırma yazısı yayınlanacaq. 4 il ərzində bir iş görməytən şöbələrin bu günlər ərzində «inqilabi» sıçrayış etmələrinə inanmaq istərdik…


Bu günədək olan statistik cədvəli diqqətinizə çatdırırıq:

1. AVMVİB Xankəndi rayon şöbəsi — 141,6%
2. AVMVİB Laçın rayon şöbəsi — 130,0%
3. AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
4. AVMVİB Mingəçevir şəhər şöbəsi — 125,0%
5. AVMVİB Nəsimi rayon şöbəsi — 116,6%
6. AVMVİB Nərimanov rayon şöbəsi — 100,0%
7. AVMVİB Dəmir Yolu şöbəsi — 100,0%
8. AVMVİB Zərdab rayon şöbəsi — 100,0%
9. AVMVİB Sabunçu rayon şöbəsi — 100,0%
10. AVMVİB Qubadlı rayon şöbəsi — 100,0%
11. AVMVİB Qazax rayon şöbəsi — 100,0%
12. AVMVİB Çilov şöbəsi — 100,0%
13. AVMVİB Yasamal rayon şöbəsi — 100,0%
14. AVMVİB Gəncə şəhər şöbəsi—100,0%
15. AVMVİB Suraxanı rayon şöbəsi — 100,0%
16. AVMVİB Sumqayıt şəhər şöbəsi — 83,3%
17. AVMVİB Binəqədi rayon şöbəsi —83 ,3%
18. AVMVİB Saatlı rayon şöbəsi — 83,3,%
19. AVMVİB Lənkəran rayon şöbəsi — 83,3%
20. AVMVİB Göygöl rayon şöbəsi — 66,6%
21. AVMVİB İmişli rayon şöbəsi — 66,6%
22. AVMVİB Şəmkir rayon şöbəsi — 66,6%
23. AVMVİB Tovuz rayon şöbəsi — 66,6%
24. AVMVİB Ağstafa rayon şöbəsi — 66,6%
25. AVMVİB Bərdə rayon şöbəsi — 58,3%
26. AVMVİB Nizami rayon şöbəsi — 41,6%
27. AVMVİB Ağdaş rayon şöbəsi — 41,6%
28. AVMVİB Şirvan şəhər şöbəsi — 41,6%
29. AVMVİB Balakən rayon şöbəsi — 33,3%
30. AVMVİB Xəzər rayon şöbəsi — 33,3%
31. AVMVİB Ucar rayon şöbəsi — 33,3%
32. AVMVİB Qusar rayon şöbəsi — 33,3%
33. AVMVİB Şamaxı rayon şöbəsi — 33,3%
34. AVMVİB Şabran rayon şöbəsi — 25,0%
35. AVMVİB Kürdəmir rayon şöbəsi — 16,6%
36. AVMVİB Yevlax rayon şöbəsi — 16,6%
37. AVMVİB Abşeron rayon şöbəsi — 16,6%
38. AVMVİB Ağsu rayon şöbəsi — 16,6%
39. AVMVİB Beyləqan rayon şöbəsi — 16,6%
40. AVMVİB Sabirabad rayon şöbəsi — 16,6%
41. AVMVİB Pirallahı rayon şöbəsi — 8,3%
42. AVMVİB Cəbrayıl rayon şöbəsi — 8,3%
43. AVMVİB Zəngilan rayon şöbəsi — 8,3%
44. AVMVİB İsmayıllı rayon şöbəsi — 8,3%
45. AVMVİB Biləsuvar rayon şöbəsi — 8,3%


İndisə AVMVİB İdarə Heyətinin Qərarını saya salmayan şöbələrimizin siyahısına diqqət yetirin:

1. AVMVİB Xətai rayon şöbəsi — 0%
2. AVMVİB Səbail rayon şöbəsi — 0%
3. AVMVİB Qaradağ rayon şöbəsi — 0%
4. AVMVİB Xızı rayon şöbəsi — 0%
5. AVMVİB Zaqatala rayon şöbəsi — 0%
6. AVMVİB Hacıqabul rayon şöbəsi — 0%
7. AVMVİB Qəbələ rayon şöbəsi — 0%
8. AVMVİB Oğuz rayon şöbəsi — 0%
9. AVMVİB Qax rayon şöbəsi — 0%
10. AVMVİB Quba rayon şöbəsi — 0%
11. AVMVİB Siyəzən rayon şöbəsi — 0%
12. AVMVİB Xaçmaz rayon şöbəsi — 0%
13. AVMVİB Füzuli rayon şöbəsi — 0%
14. AVMVİB Tərtər rayon şöbəsi — 0%
15. AVMVİB Ağdam rayon şöbəsi — 0%
16. AVMVİB Daşkəsən rayon şöbəsi — 0%
17. AVMVİB Göyçay rayon şöbəsi — 0%
18. AVMVİB Salyan rayon şöbəsi — 0%
19. AVMVİB Ağcabədi rayon şöbəsi — 0%
20. AVMVİB Goranboy rayon şöbəsi — 0%
21. AVMVİB Naftalan rayon şöbəsi — 0%
22. AVMVİB Neftçala rayon şöbəsi — 0%



Mövzuya qayıdacağıq…


Xaqani Ədəboğlu
AVMVİB İdarə Heyətinin üzvü, Mətbuat Xidmətinin rəhbəri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: