22.11.2024

Qazinin yolunu kəsib onu söydü

Bakıda «AA» seriyalı avtomobilin sürücüsü qazinin yolunu kəsib. Avtomobildəki kameraya düşmüş görüntülər sosial şəbəkədə yayılıb.

Veteran.az Avtosfer.az-a istinadən xəbər verir ki, 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobilin sürücüsü hava limanı yolunda 110-km saat sürətlə hərəkət edən Nicat adlı qazinin avtomobilini sıxışdıraraq onun qarşısını kəsib. Daha sonra oradan uzaqlaşıb.

Qazinin dostu iddia edir ki, baş verən hadisədən qəzəblənən Nicat etirazını bildirən zaman «AA» seriyalı avtomobilin sürücüsü onu söyərək təhqir edib.

Qeyd edək ki, 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobil «F-Prestige» MMC-yə məxsusdur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: