08.09.2024

Əkiz şəhidlərin anası çətin durumdadır

Ağdamın Çullu kəndindən iki əkiz övladını Vətən Müharibəsində şəhid verən ana Mailə Allahverdiyeva və ailəsinin çətin şəraitdə yaşadığını görə kömək istəyir.

Ananın yataq xəstəsi qız övladının 33 yaşı var. Danışa, hərəkət edə bilmir. 33 ildir yataqdadır. Birinci növbədə ona əlil arabası lazımdır. Heç olmasa arada arabaya qoyub həyətə çıxarmaq istəyir.

Ev təmirsiz və şəraitsizdir. Evin yeri torpaqdandır deyə qızdırmaq olmur. İki şəhid verən ana elə şəraitsiz evdə yaşamamalıdır.

Qeyd edək ki, Nazir və Tacir Allahverdiyev qardaşları 2001-ci il aprelin 20-də Ağdamın Çullu kəndində anadan olublar. Bir yerdə məktəbə gedən qardaşlar hərbi xidmətə də bir yollanıblar. 2020-ci ili sentyabrın 27-də Vətən müharibəsi başlayanda onların tərxis olunmalarına cəmi 3 gün qalmışdı. Tacir və Nazir Allahverdiyevlər Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman — 24 oktyabrda Füzuli-Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

Döyüşdə göstərdikləri qəhrəmanlığa görə «Vətən uğrunda» medalı ilə təltif olunublar.

Allah şəhidlərmizə rəhmət eləsin!

Leyla Həsənova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: