27.07.2024

Qarabağ uğrunda döyüşən rusəsilli azərbaycanlı: “Vətən anadır, əsl ana”

Aleksandr Kornev 44 günlük Vətən müharibəsində iştirak edən rusəsilli azərbaycanlılardandır. Vətənin çağırışına səs verən bir çox fərqli milli mənsubiyyətə malik Azərbaycan oğulları kimi o da tarixi ədalət uğrunda mübarizəyə biganə qala bilməyib.

Baku TV Qarabağ qazisi barədə reportaj hazırlayıb.

“Vətən anadır, əsl ana. Mən burada böyüyüb, burada yaşamışam. Vətəni qorumaq borcum idi, şərəfim idi”, — deyə o bildirib.

Aleksandr bir müddət Rusiyada işləyib. Babasının ölümü ilə əlaqədar dəfndə iştirak etmək üçün Azərbaycana qayıdıb və qaynar hadisələrin düz mərkəzinə düşüb.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: