08.09.2024

ERMƏNİ MEDİASINDAN İDDİA: Paşinyan Əliyevlə görüşdən imtina edib?

Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsi fonunda Nikol Paşinyanı dəstəkləyən erməni diasporunun nümayəndələri müxalifəti hakimiyyətə təzyiqləri dayandırmağa çağırırlar.

“Hraparak” qəzetinin məlumatına əsasən, bu məsələdə nüfuzlu erməni iş adamları da müxalifət nümayəndələrinə təsir göstərməyə çalışırlar.

İddia olunur ki, hakimiyyət Ermənistan cəmiyyətinin güclü təzyiqi altında qaldığından, Nikol Paşinyan noyabrın 9-da Azərbaycan tərəfi ilə görüşdən və ya videokonfransdan imtina edib.

“Əgər Paşinyan üçtərəfli görüşə və ya daha pisi, hansısa sənədin imzalanmasına razılıq versəydi, o zaman Ermənistan daxilində baş qaldıran etirazlar hakimiyyət dəyişikliyinə səbəb ola bilərdi. Odur ki, Paşinyan sonradan “satqın” adlandırılmasın deyə, görüşdən imtina edib, Azərbaycan prezidenti İlham Əliyevə məsələləri güc yolu ilə həll etmək şansı verib”, — deyə qəzet yazır.

“Hraparak” onu da qeyd edir ki, “Rusiya emissarları, o cümlədən Rusiyanın Ermənistandakı səfiri müxtəlif dairələrin nümayəndələri ilə görüşlər keçirir və onları hüquqi prosesə müdaxilə etməməyə, demarkasiyaya imkan verməyə inandırırlar”.

Mənbə: Qafqaz.media

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: