26.12.2024

Atasının missiyasını davam etdirən xüsusi təyinatlı şəhidimiz: 50-dən artıq ermənini Cavanşir Əhmədov necə məhv edib?

44 günlük Vətən Müharibəsində qəhrəmanlığı ilə dastan yazan oğullarımızdan biri də bu gün doğum günü olanXüsusi Təyinatlı Qüvvələrin əsgəri, 21 yaşlı Cavanşir Əhmədovdur. Kiçik yaşlarından hərb sənətinə marağı olan Cavanşir hələ tələbə olarkən snayper kursuna yazılır.

Bu kursu müəffəqiyyətlə bitirir. Bu gün haqqında söhbət acacağımız 21 yaşlı qəhrəmanımız, atasının qisasını almağa söz vermişdi. Birinci Qarabağ müharibəsində döyüşən atası Xeyrulla Əhmədov Ağdərə istiqamətində ağır yaralanaraq qazi olur. Balaca Cavanşir atasına onun qisasını alacağını bildirir.

Şəhid Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub.2016-cı ildə orta məktəbi bitirərək Bakı İnşaat Kollecinə daxil olmuş və orada təhsil almışdır. 2020-ci ilin iyul ayında təhsil aldığı Kollecin mühəndislik ixtisasını tam bitirərək hərbi xidmətə yollanıb. Xidmətdə qısa zaman ərzində peşəkar atıcı kimi ad qazanır. Bu peşəkarlığına görə Cavanşiri Xüsusi Təyinatlı Qüvvələrə qəbul edirlər.


2020-ci ilin sentyabr ayından Cavanşir Əhmədov Vətən müharibəsində döyüşlərdə fəal iştirak edib, bir sıra qəhrəmanlıq nümunələri göstərib. Murovdağ zirvəsinin, Cəbrayıl və Zəngilan rayonlarının, həmçinin Hadrut qəsəbəsinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Hadrut istiqamətində düşmənin 50-dən artıq canlı qüvvəsini məhv edir.

Peşəkar atıcı olan gənc qəhrəmanımız oktyabrın 15-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cavanşir Əhmədov oktyabrın 15-də Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən, Cavanşir Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mənbə: Alp.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: