ABŞ Əfqanıstanda iki İŞİD başçısını öldürdü
ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının iki başçısı zərərsizləşdirilib.
«Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava zərbəsi zamanı dinc sakinlər arasında tələfat və ya xəsarət alan olmayıb. Pentaqon təmsilçisi, general-mayor Uilyam Teylor bildirib ki, hava zərbəsi nəticəsində həmçinin daha 1 terrorçu yaralanıb.
«Mən yeni informasiyanın daxil olması ilə təsdiq edə bilərəm ki, İŞİD-in iki yüksək vəzifəli üzvü öldürülüb, biri yaralanıb. Bizə mülki əhali arasında itkilərin olmaması məlumdur», — o Pentaqonda keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, ABŞ hərbçiləri ötən gün pilotsuz uçuş aparatından zərbə nəticəsində bir terrorçunun öldürüldüyünü bildiriblər.Pentaqon həmçinin Əfqanıstandan 5,4 min nəfər amerikalının təxliyə edildiyini açıqlayıb.