08.09.2024

CNN: Taliban keçmiş Əfqanıstan prezidentini ev dustağı etdi

CNN yerli mənbəyə istinadən xəbər verir ki, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzayi və Milli Barışıq Şurasının rəhbəri Abdullah Abdullah Kabildə ev dustağıdır.

Taliban onların mühafizəçilərini tərksilah edib və maşınlarını əllərindən alıb.

Daha əvvəl Əfqanıstan mətbuatı Kərzayi, Abdullah və İslam Partiyasının lideri Gülbəddin Hikmətyarın «Taliban» qurmaq niyyətində olan ölkəni idarə etmək üçün məclisə qatılacağını yazmışdı.

Təşkilatın siyasi qanadının lideri Abdul Qani Bəradər və hərbi komissiyanın rəhbəri Mövlavi Yakub da daxil olmaqla bu məclisdə 12 iştirakçının olacağı gözlənilirdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: