«Kabildəki 6 partlayışdan 4-ü ABŞ həyata keçirib» — Taliban
Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktlarından sonra daha 4 partlayış baş verib.
«Taliban» sözçüsü Zabihullah Mücahid 4 partlayışın hamısının ABŞ tərəfindən həyata keçirildiyini açıqlayıb.
Partlayışlarla bağlı yeni açıqlama verən Zabihullah Mücahid, terror hücumundan sonra baş verən partlayışların səbəbini belə izah edib:
«ABŞ qüvvələri öz texnikalarını məhv edir. 2 hücumdan sonrakı 4 partlayış bununla əlaqədardır».
Anadolu Agentliyinin Kabildəki müxbirinin verdiyi məlumata görə, terror hücumlarından sonra hava limanına yaxın ərazilərdən daha 4 partlayış səsi eşidilib.