08.09.2024

Ərdoğan İSLAM DÜNYASINA səsləndi

“Bir tərəfdə aclığın, səfalətin və kasıblığın olduğu, digər tərəfdə isə lüks həyatın, istismarın hökm sürdüyü ədalətsiz durum çox davam edə bilməz”.

Kanal.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Suriyadan Əfqanıstana qədər geniş coğrafiyada toqquşmalarla və yoxsulluqla mübarizə aparan müsəlmanlar digər tərəfdən qərb dövlətlərində İslam düşmənliyinə qarşı mübarizə aparmaq məcburiyyətində qalır. Ərdoğanın sözlərinə görə, demokratiyanın beşiyi sayılan ölkələrdə hər gün müsəlmanların təcavüzə məruz qaldığı barədə xəbərlər yayılır: 

“Heç birimizin bu pis gedişata etinadsız yanaşmaq lüksümüz yoxdur. Müsəlmanlar artıq həm öz rifahı həm də bütün cəmiyyətlərin təhlükəsizliyi üçün üzərinə daha çox məsuliyyət götürməli, üzləşdikləri haqsızlıqları daha yüksək səslə dilə gətirməlidir. Bunun yolu əvvəlcə aramızda İslam qardaşlığını təsis etməkdən, imperialistlərin daim alovlandırdığı fitnə atəşini söndürməkdən keçir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: