08.09.2024

İran qaçırılan Ukrayna təyyarəsi barədə: “Məşhəd hava limanına enib…“

İranın Mülki Aviasiya İdarəsi Ukrayna təyyarəsinin qaçırılaraq İslam Respublikasına üz tutmasını təkzib edib.

Alp.az ISNA-ya istinadla xəbər verir ki, İdarənin mətbuat xidməti bu iddiaya mənfi cavab verib.

“Dünən (avqustun 23-də – red.) bir Ukrayna təyyarəsi yanacaq doldurmaq üçün Məşhəd hava limanına gəlib və yanacaq doldurduqdan sonra Ukraynanın Kiyev şəhərinə yola düşüb”.

Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin “Gromadske Radio”ya (İctimai Radio) müsahibəsində ötən həftənin Bazar günü Ukrayna vətəndaşlarını təxliyə etmək üçün Kabilə gələn Ukrayna təyyarəsini naməlum şəxslərin qaçırdığını bildirib.

Onun sözlərinə görə, hava gəmisi İrana üz tutub.

Yevgeni Yenin Ukrayna vətəndaşlarının Əfqanıstandan təxliyəsi üçün daha bir neçə cəhdin olduğunu dilə gətirib.

İranın Mülki Aviasiya İdarəsi qaçırılan təyyarə ilə bağlı müvafiq araşdırmanın aparılacağını bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: