08.09.2024

Türkiyəyə 1,55 mln. rusiyalı turist səfər edib

Bu ilin yanvar-iyul ayları ərzində Türkiyəyə 1,55 mln. rusiyalı turist səfər edib.

BAKU.WS «Lenta.ru»ya istinadən xəbər verir ki, bu qardaş ölkəyə səfər edən xarici turistlər arasında rekord göstəricidir.

Qeyd olunan dövr ərzində Türkiyəyə ümumilikdə 10 mln. əcnəbi səfər edib ki, onların da 15,4%-i rusların payına düşür. Təkcə iyul ayında 807 min rus Türkiyə istirahət mərkəzlərində dincəlməyə üstünlük verib.

Səfər edən turistlərin sayı ilə bağlı 1,26 mln. nəfərlə almanlar ikinci, ukraynalılar isə 1,11 mln. nəfərlə üçüncü yerdədir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: