Ərdoğan Zelenskiyə təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Vladimir Zelenski arasında bazar günü telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, Ərdoğan Prezident Zelenskini Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib.
Ukrayna ilə əməkdaşlığının təhlükəsizlik, müdafiə, turizm və ticarət də daxil olmaqla bütün sahələrdə davam edəcəyini vurğulayıb.
Ərdoğan Ukraynanın Türkiyənin cənubunda meşə yanğınları ilə mübarizədə dərhal və hərtərəfli dəstəyinə görə minnətdarlığını bildirib.