General Melkonyan Azərbaycana hədə-qorxu gəldi
Erməni general Qaqik Melkonyan Azərbaycanın ünvanına hədə-qorxu dolu mesajlar səsləndirib.
O, deyib: “Biz istəyimizə çatmayana qədər Azərbaycanla müharibə dayanmayacaq.“Bizim planlarımız var. Bu planlarımız reallaşmayana qədər Azərbaycanla müharibəmiz bitməyəçək. Biz Qarabağın bir hissəsini əldən vermişik. Yeni ordu formalaşdırmalı və savaşımızı davam etdirməliyik”, – deyə Melkonyan bildirib.
“Azərbaycan düşünür ki, Ermənistan ondan qorxmalı, Qarabağı Azərbaycan tərkibində tanımalı və Zəngəzur dəhlizinə razılıq verməlidir. Bu isə reallıqdan uzaqdır”, – deyə general bildirib.
Mənbə: Alp.az