Azərbaycan Kəlbəcər istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirib
Azərbaycan Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulduğunu bildirib. Ermənistan tərəfi bu xəbəri hələlik şərh etməyib. Ermənistan bu məlumatı təkzib edib.
Azərbaycan Müdafiə Nazirliyinin bu gün, iyunun 27-də yaydığı açıqlamasına əsasən, atəş Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində açılıb.
«İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.»
Azərbaycan hərbçiləri arasında ölən və yaralananların olmadığı bildirilir.
«Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır», — MN-in məlumatında deyilib.
Ermənistan Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumatda deyilib ki, «Ermənistan Silahlı Qüvvələri Azərbaycan mövqelərinə atəş açmayıb.»
Məlumatda atəşin Azərbaycan tərəfindən açıldığı iddia edilib, Ermənistan tərəfinin isə «cavab atəşi açmadığı» qeyd olunub.(BBC)